KİV: “Çelsi”nin hücumçusu “İnter”ə keçir

KİV: “Çelsi”nin hücumçusu “İnter”ə keçir İngiltərənin “Çelsi” klubunun futbolçusu Olivye Jiru qış fasiləsində İtaliya “İnter”inə keçəcək.
Futbol
14 Dekabr , 2019 14:33
KİV: “Çelsi”nin hücumçusu “İnter”ə keçir

İngiltərənin “Çelsi” klubunun futbolçusu Olivye Jiru qış fasiləsində İtaliya “İnter”inə keçəcək.

“Report” “L’Équipe” nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı fransalı forvard Milan təmsilçisi ilə şəxsi müqaviləsini razılaşdırıb. 

Beləliklə, klublar arasında transfer məbləği məsələsində ortaq məxrəcə gəlmək qalıb. Londonluların Jiru üçün böyük məbləğ tələb etməyəcəkləri bildirilir.

Qeyd edək ki, Jiru 2018-ci ilin yanvarından “Çelsi”də çıxış edir. Onun klubu ilə 30 iyun 2020-ci ilə qədər müqaviləsi var.

Son xəbərlər

Orphus sistemi