KİV: "Barselona" Məsut Özili transfer edib

KİV: "Barselona" Məsut Özili transfer edib Türk əsilli yarımmüdafiəçi ilə 3,5 illik müqavilə bağlanılacaq
Futbol
23 Noyabr , 2017 17:56
KİV: Barselona Məsut Özili transfer edib

Bakı. 23 noyabr. REPORT.AZ/ İngiltərənin "Arsenal" klubunun futbolçusu Məsut Özil qış transfer dövründə İspaniya "Barselona"sına keçəcək.

"Report"un Kataloniya radiosuna istinadən verdiyi məlumata görə, türk əsilli yarımmüdafiəçi ilə 3,5 illik müqavilə bağlanılacaq.

Bu keçid 20 milyon avroya başa gələcək.

Qeyd edək ki, "Barselona" yayda "Liverpul"dan Koutinyonu istəsə də, bu transfer baş tutmayıb. Nəticədə nəzərlər Məsut Özilə yönəlib.   

Son xəbərlər

Orphus sistemi