KİV: Avrokuboklar bir oyundan ibarət olacaq

KİV: Avrokuboklar bir oyundan ibarət olacaq Avropa Klubları Assosiasiyası (ECA) və UEFA cari mövsümün başa çatdırılmasına dair razılığa gəliblər.
Futbol
13 Aprel , 2020 22:50
KİV: Avrokuboklar bir oyundan ibarət olacaq

Avropa Klubları Assosiasiyası (ECA) və UEFA cari mövsümün başa çatdırılmasına dair razılığa gəliblər.

"Report"un "Cadena Ser"ə istinadən verdiyi məlumata görə, bütün çempionatların oktyabrın sonlarına nəzərdə tutulan təxirə salınmış avrokubok oyunlarınadək təşkili planlaşdırılır. Qarşılaşmaların hamısı azarkeşsiz keçiriləcək. Komandalar hər mərhələdə iki yox, bir matça çıxacaqlar.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Avropada Belarus çempionatı istisna olmaqla, bütün yarışlar dayandırılıb. Dünyada isə Burundi, Tacikistan, Nikaraqua və Tayvanda yarışlar keçirilir.   

Son xəbərlər

Orphus sistemi