KİV: Aleksandr Kokorin və Pavel Mamayev saxlanılıb - VİDEO

KİV: Aleksandr Kokorin və Pavel Mamayev saxlanılıb - VİDEO Bakı. 9 oktyabr. REPORT.AZ/ Rusiyanın “Zenit” klubunun hücumçusu Aleksandr Kokorin və “Krasnodar”ın yarımmüdafiəçisi Pavel Mamayev saxlanılıb.
Futbol
1522
9 Oktyabr , 2018 15:42
KİV: Aleksandr Kokorin və Pavel Mamayev saxlanılıb - VİDEO

Bakı. 9 oktyabr. REPORT.AZ/ Rusiyanın “Zenit” klubunun hücumçusu Aleksandr Kokorin və “Krasnodar”ın yarımmüdafiəçisi Pavel Mamayev saxlanılıb.

“Report” REN TV-yə istinadən xəbər verir ki, hər iki futbolçu günorta saatlarında polis bölməsinə aparılıb.

Qeyd edək ki, Kokorinlə Mamayev Moskva kafelərinin birində dövlət məmurunu döyüblər. Onlar dostları ilə birlikdə səhər yeməyi üçün kafeyə üz tutub. Ancaq yemək zamanı səs-küy salan futbolçular ətrafdakıların və kafe personalının ciddi etirazı ilə qarşılaşıblar. Etirazını daha sərt şəkildə bildirən dövlət məmurları - Denis Pak və Sergey Qaysin isə futbolçuların hücumuna məruz qalıb. Onlar Pakın dişini sındırıblar.

Daha sonra məlum olub ki, məmurlarla davadan 2 saat öncə sözügedən futbolçular “Birinci kanal”ın aparıcısı Olqa Uşakovanın sürücüsünü döyüblər. Həmin şəxsin hazırda reanimasiyada olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi