KİV: Afrika Millətlər Kuboku təxirə salınacaq

KİV: Afrika Millətlər Kuboku təxirə salınacaq 2021-ci ildə Kamerunda keçirilməsi planlaşdırılan futbol üzrə Afrika Millətlər Kuboku təxirə salınacaq.
Futbol
30 aprel 2020 08:53
KİV: Afrika Millətlər Kuboku təxirə salınacaq

2021-ci ildə Kamerunda keçirilməsi planlaşdırılan futbol üzrə Afrika Millətlər Kuboku təxirə salınacaq. 

"Report" xəbər verir ki, bu barədə “BeIN Sports”un jurnalisti Məhəmməd Nejari "Twitter"də yazıb.

O bildirib ki, turnir 2022-ci ildə olacaq. 

Qeyd edək ki, turnir ənənəvi olaraq yanvar-fevral aylarında iki ildən bir keçirilir. Lakin ötən il Misirdə təşkil olunan yarış yayda baş tutub. 2019-cu ildə Afrika Millətlər Kubokunun qalibi finalda Seneqalı 1:0 hesabı ilə məğlub edən Əlcəzair millisi olub. 

Son xəbərlər

Orphus sistemi