Keysuke Hondadan "Neftçi" açıqlaması

Keysuke Hondadan "Neftçi" açıqlaması Honda "Neftçi" ilə danışıqlar apardığını etiraf edib
Futbol
10 Mart , 2021 10:55
Keysuke Hondadan Neftçi açıqlaması
Keysuke Honda

Yaponiyalı futbolçu Keysuke Honda "Neftçi" ilə danışıqlar apardığını etiraf edib.

"Report"un məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi yerli radioya açıqlamasında müqavilə imzalamağa hazır olduğunu söyləyib.

O, Azərbaycana mümkün gəlişinə dair xəbərləri belə şərh edib: "Təklif agent vasitəsi ilə gəlib. Fikrimcə, bu əla xəbərdir. Mən bunu təəccüblü hesab edirəm. Çünki nadir haldır və bu cür erkən mərhələdə fasiləsiz yayılmaqdadır".

Honda "bu sizin hələ yekun qərarınız deyilmi" sualını isə belə cavablandırıb: "Mən bunu ciddi və dərindən nəzərdən keçirirəm. Lakin son qərar hələ qəbul olunmayıb. Sualınıza cavab olaraq, mən "Ola bilsin" deyirəm. Hələ bilmirəm".

Honda əlavə edib ki, hədəfi Tokio Yay Olimpiya Oyunlarında iştirak etməkdir: "Mən olimpiadaya getmək istəyirəm. Bu hədəf əsla dəyişməyib. Bu, kifayət qədər aydındır. Amma mən təkcə olimpiadaya getmək üçün yaşamıram".

Qeyd edək ki, 98 dəfə Yaponiya millisininin formasını geyinmiş Keysuke Honda 37 qol vurub. O, İtaliya "Milan"ı ilə yanaşı, Niderlandın "Venlo" və "Vitess", Rusiyanın MOİK (Moskva), Meksikanın "Paçuka", Avstraliyanın "Melburn Viktori", Braziliyanın "Botafoqo" komandalarında da çıxış edib.

Ulduz futbolçunun son olaraq Portuqaliya "Portimonense" klubu ilə müqavilə bağlayıb. Lakin o azı 3 ay azad agent statusu daşımadığı üçün yerli futbol liqasının qərarına əsasən, meydana çıxa bilməyib və fevralın 11-də klubla yollarını ayırıb. "Neftçi"yə keçidi rəsmiləşsə, Azərbaycan Yaponiya daxil olmaqla və Portuqaliya istisna edilməklə Hondanın çıxış etdiyi 8-ci ölkə olacaq.

Son xəbərlər

Orphus sistemi