Keysuke Honda: "Suduva"nın da "Neftçi" kimi çempionluq şansı var"

Keysuke Honda: "Suduva"nın da "Neftçi" kimi çempionluq şansı var" Yaponiya millisinin sabiq futbolçusu Keysuke Honda Litvanın "Suduva" komandasına keçidinin səbəbini açıqlayıb.
Futbol
14 Sentyabr , 2021 19:50
Keysuke Honda: Suduvanın da Neftçi kimi çempionluq şansı var
Keysuke Honda

Yaponiya millisinin sabiq futbolçusu Keysuke Honda Litvanın "Suduva" komandasına keçidinin səbəbini açıqlayıb.

"Report"un məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi bunun iki məsələ ilə bağlı olduğunu bildirib.

Təcrübəli oyunçunun sözlərinə görə, birinci səbəb "Suduva"dan gələn təklifin onun üçün yeni çağırış olmasıdır: "İkincisi isə klubun iddiasıdır. "Suduva"nın da keçmiş komandam olan "Neftçi" kimi çempion olmaq şansı var".

Qeyd edək ki, Keysuke Honda "Neftçi"nin heyətində meydana çıxdığı 7 oyunda 2 qol vurub.

Son xəbərlər

Orphus sistemi