Keysuke Honda: "Karyeram ərzində çoxlu səhv etmişəm"

Keysuke Honda: "Karyeram ərzində çoxlu səhv etmişəm" "Amma mən Avropada oynamaq istəyirdim"
Futbol
114
15 Mart , 2021 17:22
Keysuke Honda: Karyeram ərzində çoxlu səhv etmişəm

"Neftçi"nin seçməyimin bəzi səbəbləri var. Yanvarda başqa klubdan təklif almışdım. Amma mən Avropada oynamaq istəyirdim".

"Report" xəbər verir ki, bu fikirləri "Neftçi"nin yeni transferi Keysuke Honda “Bakcell Arena”dakı təqdimetmə mərasimində deyib.

35 yaşlı yarımmüdafiəçi "Neftçi"nin böyük klub olduğunu bildirib: "Mənə bu imkanı verdikləri üçün təşəkkür edirəm. Mənə sual verdilər ki, niyə Yaponiyaya qayıtmırsan? Bildirdim ki, orada 3 il oynamışam, artıq mənə maraqlı deyil. Onlara söylədim ki, bu, mənim üçün yeni çağırışırdır. Düzdür, karyeram ərzində çox səhvlər etmişəm. Amma burada onları təkrarlamayacağam".

Honda ötən gün "Neftçi"nin evdə "Səbail"ə qarşı keçirdiyi Azərbaycan Premyer Liqasının XX tur matçını izlədiyini və oyunun yaxşı alındığını söyləyib: "Səhv etmirəmsə, bu mövsüm heç bir komandaya 4 qolla qalib gəlməmişik. Müdafiəçilər də yaxşı oynadılar, qol buraxmadıq. Bu, yaxşı məqamdır. Dünən çoxlu qol şansımız oldu və inamlı qələbə qazandıq. Hücum planında komandama kömək edə bilərəm".

"Bu, mənim üçün yeni səhifədir. Əvvəlcədən nəyəsə zəmanət vermək çətindir" deyən yeni transfer fiziki durumunun yaxşı olduğunu söyləyib: "Çox yaxşı formadayam. Digər müsbət məqam odur ki, növbəti matçadək vaxtımız var. Orada komanda yoldaşlarımızı daha yaxşı tanıyacağam".

O, hazırda əsas prioritetinin öz oyununa fokslanmaqdan ibarət olduğunu söyləyib: "Gələcəkdə nə olacağını heç kim bilmir. Əvvəlcə mövsüm bitsin. Klubun prezidenti də dedi ki, 2 aylıq müqaviləmiz var. Mövsümün sonunda bu barədə danışmaq olar".

Son xəbərlər

Orphus sistemi