Keysuke Honda: "Bütün rəqiblərimizi udub çempion olacağıq"

Keysuke Honda: "Bütün rəqiblərimizi udub çempion olacağıq" Keysuke Honda "Neftçi" ilə cari mövsümün sonunadək müqavilə imzalayıb
Futbol
3 Aprel , 2021 13:26
Keysuke Honda: Bütün rəqiblərimizi udub çempion olacağıq
Keysuke Honda

"Neftçi"nin yeni transferi Keysuke Honda baş meneceri olduğu Kamboca millisindəki əsas hədəfini açıqlayıb.

"Report"un məlumatına görə, yaponiyalı ulduz fubolçu yerli mətbuata müsahibəsində 2023-cü ildə Kambocada keçiriləcək Cənub Şərqi Asiya Oyunlarının ("SEA Games") qalibi olmaq istədiklərini bildirib.

Bu yaxınlarda Kamboca Futbol Federasiyası ilə 3 illik yeni müqavilə imzalayan 35 yaşlı yarımmüdafiəçi əməkdaşlığı davam etdirməkdən məmnunluğunu vurğulayıb: "Komandada güclü və potensialı olan gənclər çoxdur. Əsas məqsədimiz "SEA Games"i qazanmaqdır. Bütün rəqiblərimizi məğlub edib çempion olacağıq".

Qeyd edək ki, Keysuke Honda "Neftçi" ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi