"Keşlə" - "Soçi" oyununu izləyəcək azarkeş sayı açıqlanıb

"Keşlə" - "Soçi" oyununu izləyəcək azarkeş sayı açıqlanıb "Keşlə" klubu Rusiyanın "Soçi" komandasına qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün satışa 1 300 bilet çıxarıb.
Futbol
28 İyul , 2021 15:01
Keşlə - Soçi oyununu izləyəcək azarkeş sayı açıqlanıb

"Keşlə" klubu Rusiyanın "Soçi" komandasına qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün satışa 1 300 bilet çıxarıb.

Bakı klubundan "Report"a verilən məlumata görə, qiymətlər sektorlar üzrə 2 manat, 3 manat və 5 manat arasında dəyişir.

Artıq biletlərin böyük hissəsi satılıb. Oyun gününədək bütün biletlərin alınacağı gözlənilir.

Qeyd edək ki, iyulun 29-da "ASK Arena"da keçiriləcək "Keşlə" - "Soçi" matçı saat 20:00-da başlayacaq. İlk oyunda Rusiya klubu 3:0 hesablı qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi