"Keşlə" Serbiya komandası ilə qarşılaşacaq

"Keşlə" Serbiya komandası ilə qarşılaşacaq Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Keşlə” komandası daha bir yoxlama oyunu keçirəcək.
Futbol
348
19 Yanvar , 2019 13:55
Keşlə Serbiya komandası ilə qarşılaşacaq

Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Keşlə” komandası daha bir yoxlama oyunu keçirəcək.

Klubdan “Report”a verilən məlumata görə, Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv yanvarın 20-də Serbiyanın Super Liqa təmsilçisi Vranje “Dinamo”su ilə qarşılaşacaq. Matçın Riu Kaya Belek otelinin meydançasında keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, “Keşlə” ilk yoxlama görüşündə Özbəkistanın U-23 yığması ilə qolsuz heç-heçə edib. Paytaxt təmsilçisi yanvar 23-də “Konkordiya” (Rumıniya), iki gün sonra isə “Çertanovo” (Rusiya) ilə qüvvəsini sınayacaq.

Son xəbərlər

Orphus sistemi