"Keşlə" "Sabah"la heç-heçə etdi

"Keşlə" "Sabah"la heç-heçə etdi Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.
Futbol
29 Noyabr , 2020 16:02
Keşlə Sabahla heç-heçə etdi

Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, "Keşlə" "ASK Arena"da "Sabah"la heç-heçə edib - 1:1.

Görüşdə bütün qollar ikinci hissədə vurulub. 54-cü dəqiqədə meydan sahibləri azlıqda qalıb. Con Kamara qırmızı vərəqə alaraq, meydandan qovulub. 4 dəqiqə sonra qonaqlar Kevin Kubembanın qolu ilə hesabı açıb. 85-ci dəqiqədə isə Sezar Meza Kolli tarazlığı bərpa edib. 86-cı dəqiqədə İlkin Qırtımov ikinci sarı vərəqəni görüb və "Keşlə" meydanda 9 nəfərlə qalıb. Bu heç-heçədən sonra xallarının sayını 13-ə çatdıran "Keşlə" 5-ci pillədə qalıb. Masazır təmsilçisi isə 10 xalla 6-cı sıradakı mövqeyini qoruyub.

Qeyd edək ki, turun ilk oyununda "Neftçi" evdə "Zirə" ilə qolsuz heç-heçə edib. Bu günün ikinci matçında "Qarabağ" "Səbail"in qonağı olacaq. Tura sabah keçiriləcək "Sumqayıt" - "Qəbələ" görüşü ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi