“Keşlə” “Qroningen”in sabiq futbolçusu ilə müqavilə imzalayıb

“Keşlə” “Qroningen”in sabiq futbolçusu ilə müqavilə imzalayıb “Keşlə” klubu qış transfer dönəmində yeni transferini reallaşdırıb.
Futbol
17 Yanvar , 2020 14:24
“Keşlə” “Qroningen”in sabiq futbolçusu ilə müqavilə imzalayıb

“Keşlə” klubu qış transfer dönəmində yeni transferini reallaşdırıb. 

"Report" klubun Mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi futbolçu Aleksandr Kristovaonu heyətinə qatıb. 27 yaşlı anqolalı hücumçu ilə mövsümünün sonuna qədər müqavilə imzalanıb

Qeyd edək ki, Aleksandr Kristovao karyerasına Hollandiyanın “Qroningen” komandasında başlayıb. Anqola milli komandasında 5 oyun keçirən və 1 qol vuran Kristovaonun son klubu Səudiyyə Ərəbistanın “Al-Mojzel” komandası olub.

Son xəbərlər

Orphus sistemi