"Keşlə" "Qarabağ"ın rəqibinin iki futbolçusunu transfer edə bilər

"Keşlə" "Qarabağ"ın rəqibinin iki futbolçusunu transfer edə bilər Bakı. 31 iyul. REPORT.AZ/ “Keşlə” klubu Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Albaniya təmsilçisi “Kukesi”nin 2 futbolçusunu transfer edə bilər.
Futbol
31 İyul , 2018 09:43
Keşlə Qarabağın rəqibinin iki futbolçusunu transfer edə bilər
0 : 00
0 : 00

Bakı. 31 iyul. REPORT.AZ/ “Keşlə” klubu Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Albaniya təmsilçisi “Kukesi”nin 2 futbolçusunu transfer edə bilər.

“Report” vipsport.al saytına istinadən xəbər verir ki, “Keşlə”nin yeni baş məşqçisi Mladen Milinkoviç “Kukesi”də onun rəhbərliyi altında çıxış etmiş müdafiəçilər - Valen Etemi və Rustem Hocanın xidmətində maraqlıdır.

Serbiyalı mütəxəssis “Qarabağ”la cavab oyunu üçün Bakıya səfər edən hər iki oyunçu ilə bir araya gəlib. Görüşdə ötən il “Kukesi”nin formasını geyinən “Qəbələ”nin hücumçusu Rauf Əliyev də iştirak edib.

Məlumata görə, Milinkoviç 21 yaşlı makedoniyalı Etemi və 27 yaşlı albaniyalı Hoca ilə danışıq aparmaq üçün “Kukesi”dən icazə istəyib və müsbət cavab alıb.

Qeyd edək ki, Milinkoviç bir neçə gün öncə “Keşlə”nin baş məşqçisi postunda ukraynalı Yuri Maksimovu əvəzləyib. “Qarabağ” və “Kukesi” arasında oyun avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi