"Keşlə" 2 legionerlə müqavilə bağladı - YENİLƏNİB

"Keşlə" 2 legionerlə müqavilə bağladı - YENİLƏNİB Keşlə FK-dan növbəti transfer
Futbol
24 İyun , 2021 19:55
Keşlə 2 legionerlə müqavilə bağladı - YENİLƏNİB
Aldair Sapalo Amaro Neto

"Keşlə" daha bir futbolçu ilə müqavilə bağlayıb.

"Report"un məlumatına görə, paytaxt təmsilçisi seneqallı vinger Omar Qudiabinin keçidini həll edib.

26 yaşlı oyunçu 1 illik sözləşməyə imza atıb.

Qeyd edək ki, Qudiabinin də son klubu Şimali Makedoniya "Pelister"i olub.

19:28

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Keşlə" heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, payaxt təmsilçisi Anqola əsilli portuqaliyalı hücumçu Aldair Sapalo Amaro Neto ilə müqavilə bağlayıb.

Sözləşmənin müddəti 1 il təşkil edir.

Qeyd edək ki, 27 yaşlı forvard son klubu Şimali Makedoniyanın I liqasında çıxış edən "Pelister" olub.

Son xəbərlər

Orphus sistemi