"Keşlə" ötən mövsümün sonunda göndərdiyi futbolçunu geri qaytarıb

"Keşlə" ötən mövsümün sonunda göndərdiyi futbolçunu geri qaytarıb "Keşlə" klubusabiq futbolçusu Sadio Tounkaranı geri qaytarıb.
Futbol
22 Sentyabr , 2021 14:37
Keşlə ötən mövsümün sonunda göndərdiyi futbolçunu geri qaytarıb
Sadio Tounkara

"Keşlə" klubu sabiq futbolçusu Sadio Tounkaranı geri qaytarıb.

Bu barədə "Report"a paytaxt təmsilçisinin baş məşqçisi Sənan Qurbanov məlumat verib.

Onun sözlərinə görə, komandaya azad agent kimi cəlb olunan malili yarımmüdafiəçi ilə cari mövsümün sonunadək müqavilə imzalanıb. 29 yaşlı vinger bu gün "Keşlə-2"nin heyətində "Sabah-2"yə qarşı I Divizionun II tur matçında meydana çıxacaq.

Qeyd edək ki, "Keşlə" ötən mövsümün sonunda Sadio Tounkara ilə yollarını ayırmışdı. Afrikalı futbolçu Azərbaycanda daha əvvəl "Xəzər Lənkəran", "Turan Tovuz" və "Zirə" komandalarının da formasını geyinib.

Son xəbərlər

Orphus sistemi