"Keşlə"nin sabiq futbolçusu: "Futbolda hər şeyi atamın köməyi ilə qazanmışam"

"Keşlə"nin sabiq futbolçusu: "Futbolda hər şeyi atamın köməyi ilə qazanmışam" Bakı. 14 noyabr. REPORT.AZ/ Hazırda Keşlə adlandırılan Bakı İnterinin sabiq futbolçusu Baçana Tsxadadze karyerasını başa vurub.
Futbol
14 Noyabr , 2018 12:59
Keşlənin sabiq futbolçusu: Futbolda hər şeyi atamın köməyi ilə qazanmışam

Bakı. 14 noyabr. REPORT.AZ/ Hazırda "Keşlə" adlandırılan Bakı "İnter"inin sabiq futbolçusu Baçana Tsxadadze karyerasını başa vurub. 

"Report" xəbər verir ki, bu barədə 31 yaşlı hücumçu lelo.ge saytına müsahibəsində məlumat verib. O, karyerasını zədə səbəbindən bitirdiyini vurğulayıb. 

Gürcüstan millisinin də fornasını geyinmiş Tsxadadze futbolçunun ən azı 35 yaşına kimi oynamalı olduğunu bildirib. O, "Keşlə"dən ayrıldığı vaxtdan sonra da çox çalışdığını, amma atası səviyyəsində istedadının olmadığını etiraf edib: "Avropa klublarında çıxış etmək şansım oldu. Həmin vaxt gürcü futbolçuların Avropada çıxış etməsi çətin idi. Atam səviyyəsində futbol oynaya və onun qədər istedadlı ola bilmədim. Açıq deyirəm: Futbolda nə əldə etmişəmsə, bu, yalnız atamın köməkliyi ilə olub. O, mənim baş məşqçim də olub. Futbolçu karyeram ərzində həmişə yanımda idi". 

Qeyd edək ki, Baçana Tsxadadze "Keşlə"də 2010 - 2015-ci illərdə çıxış edib. O, 2009 - 2014-cü illərdə komandanın baş məşqçisi olan Kaxaber Tszxadadzenin oğludur.  

Son xəbərlər

Orphus sistemi