"Keşlə"nin sabiq baş məşqçisi Ukraynada fərqləndi

"Keşlə"nin sabiq baş məşqçisi Ukraynada fərqləndi Futbol üzrə Ukrayna Premyer Liqasında fevral ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
Futbol
10 mart 2020 22:55
Keşlənin sabiq baş məşqçisi Ukraynada fərqləndi

Futbol üzrə Ukrayna Premyer Liqasında fevral ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu ada hazırda "Vorskla" klubuna başçılıq edən Yuri Maksimov layiq görülüb. 52 yaşlı mütəxəssis səsvermədə Viktor Skripnik ("Zarya"), Dmitri Mixaylenko ("Dnepr-1") və Ruslan Kostışini ("Kolos") qabaqlayıb.

Qeyd edək ki, 2017/2018 mövsümündə "Keşlə"nin baş məşqçisi olan Yuri Maksimov Bakı klubuna Azərbaycan kubokunu qazandırıb.

Son xəbərlər

Orphus sistemi