"Keşlə"nin rəqibi iştirak ərizəsini UEFA-ya göndərdi

"Keşlə"nin rəqibi iştirak ərizəsini UEFA-ya göndərdi "Keşlə"nin UEFA Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacağı Albaniya "Laçi"si sifariş ərizəsini UEFA-ya təqdim edib.
Futbol
26 Avqust , 2020 11:09
Keşlənin rəqibi iştirak ərizəsini UEFA-ya göndərdi

"Keşlə"nin UEFA Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacağı Albaniya "Laçi"si sifariş ərizəsini UEFA-ya təqdim edib.

"Report"un məlumatına görə, baş məşqçi Armando Kunqu siyahıya 2 qapıçı, 7 müdafiəçi, 7 yarımmüdafiəçi və 4 hücumçu əlavə edilib.

Qapıçılar: 1. Edmir Sali, 31. Alan Şerri

Müdafiəçilər: 11. Radolf Türkay, 13. Renato Malota, 18. Dorian Kerçiku, 22. Albon Marku, 24. Endrit Marku, 55. Aleksandar İqnyatoviç (Serbiya), 66. Adolf Selmani

Yarımmüdafiəçilər: 6. Yulian Şehu, 8. Lukan Ramos De Oliveyra (Braziliya), 10. Regi Luşkya, 21. Artid Deliu, 23. Donald Rapo, 77. Kleydi Rapo, 95. Teko (Braziliya)

Hücumçular: 7. Redon Cixa, 27. Kirian Nvabueze (ABŞ), 14. Mertor Mazrekay, 17. Fatmir Prenqay 

Qeyd edək ki, avqustun 27-də Bakıdakı "ASK Arena"da keçiriləcək "Keşlə" - "Laçi" görüşü saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi