"Keşlə"nin legioneri: "Sanki şok yaşadım"

"Keşlə"nin legioneri: "Sanki şok yaşadım" Ani bir epizodda zədələndim. Sanki şok yaşadım. Özümü pis hiss etdim.
Futbol
172
29 Fevral , 2020 19:46
Keşlənin legioneri: Sanki şok yaşadım

"Ani bir epizodda zədələndim. Sanki şok yaşadım. Özümü pis hiss etdim".

Bunları "Report"a açıqlamasında "Keşlə"nin futbolçusu Con Kamara səfərdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra deyib. 

Oyunun 21-ci dəqiqəsində xəsarət alaraq yerini Pərviz Azadova verən sierra-leoneli yarımmüdafiəçi zədəsinin ciddi olmadığını bildirib. 32 yaşlı oyunçu hər şeyə həkim müayinəsindən sonra aydınlıq gələcəyini diqqətə çatdırıb.

Kamara oyun barədə də fikirlərini bölüşüb: "Hər iki komanda qol epizodlarından yararlanmağa çalışdı. Hərəyə 2 qol imkanları dəyərləndirildi və yekunda heç-heçə qeydə alındı". 

Son xəbərlər

Orphus sistemi