"Keşlə"nin kapitanı: "Qarabağ"la oyunda maksimum nəticə qazanmaq niyyətindəyik"

"Keşlə"nin kapitanı: "Qarabağ"la oyunda maksimum nəticə qazanmaq niyyətindəyik" Bu oyunda ən ədalətli nəticə heç-heçə idi. Çünki hər iki komanda qələbə şansı eyni idi. Bunun üçün də mübarizə aparırdıq.
Futbol
2 Mart , 2020 10:02
Keşlənin kapitanı: Qarabağla oyunda maksimum nəticə qazanmaq niyyətindəyik

"Bu oyunda ən ədalətli nəticə heç-heçə idi. Çünki hər iki komanda qələbə şansı eyni idi. Bunun üçün də mübarizə aparırdıq".

Bu fikirləri "Report"a açıqlamasında "Keşlə"nin kapitanı Slavik Alxasov Premyer Liqanın XIX turunda səfərdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri matç barədə danışarkən deyib.

27 yaşlı cinah müdafiəçisi bildirib ki, 81-ci dəqiqədə vurduğu bərabərlik qolu baxımlı alınıb: "Ümid edirəm ki, belə qollar mənim üçün davamlı olar".

Alxasov komandanın əsas hədəfinin dəyişmədiyini və Avropa kubokları uğrunda mübarizə apardıqlarını vurğulayıb. O, XX turda qarşılaşacaqları "Qarabağ"la matç barədə də fikirlərini bölüşüb: "Rəqibin necə komanda olduğunu bilirik. Bizim üçün çətin oyun olacaq. Amma buna baxmayaraq, maksimum nəticə qazanmaq niyyətindəyik". 

Təcrübəli oyunçu komanda yoldaşı Sezar Meza Kollinin milliləşdirilməsinə və yığmadakı baş məşqçi məsələsinə də münasibət bildirib: "Belə qərar verilibsə, hörmətlə yanaşmaq lazımdır. İnanıram ki, onun xeyirini görəcəyik. Meza Kolli yaxşı futbolçudur. Texnikalı və ağıllı oyunçudur. Baş məşqçi məsələsinə gəlincə isə, əsas odur ki, komandaya xeyir verən mütəxəssis olsun. Mənim üçün kimin olacağının elə də fərqi yoxdur. Əsas nəticənin yaxşı olmasıdır. Amma düşünürəm ki, yerli baş məşqçi olsaydı, lap yaxşı olardı".

Qeyd edək ki, martın 8-də keçiriləcək "Keşlə" - "Qarabağ" matçı saat 18:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi