"Keşlə"nin kapitanı: "Baş məşqçi dəyişikliyi çıxış yolu deyil"

"Keşlə"nin kapitanı: "Baş məşqçi dəyişikliyi çıxış yolu deyil" “Sumqayıt”la oyunun mahiyyətin yaxşı başa düşürdük. Rəqib də bizimlə eyni durumdadır. Bərabər mübarizə getsə də, uduzan tərəf biz olduq”.
Futbol
9 Aprel , 2019 12:28
Keşlənin kapitanı: Baş məşqçi dəyişikliyi çıxış yolu deyil

“Sumqayıt”la oyunun mahiyyətin yaxşı başa düşürdük. Rəqib də bizimlə eyni durumdadır. Bərabər mübarizə getsə də, uduzan tərəf biz olduq”.

Bunu “Report”a “Keşlə”nin futbolçusu Slavik Alxasov Azərbaycan Premyer Liqasının XXIII turunda səfərdə “Sumqayıt”a 1:2 hesabı ilə uduzaraq, sonuncu pilləyə düşmələrinə münasibət bildirərkən deyib.

"Qara zolaq"da olduqlarını deyən 26 yaşlı sol cinah müdafiəçisinin sözlərinə görə, yay fasiləsində paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kollinin gedişi “Keşlə”nin oyununa ciddi təsir edib: “Baş məşqçimiz Tərlan Əhmədov oyundan sonra getmək istədiyini dedi. Onu yaxşı başa düşürük. Bütün həftəboyu bizi oyuna kökləyir, rəqibləri analiz edib, tapşırıqlar verir. Lakin onun söylədiklərini tam icra edə bilmirik. İşə laqeyd yanaşmaqdan söhbət gedə bilməz. Sadəcə, düşdüyümüz "qara zolaq"dan çıxa bilmirik. Heyətimiz də zəif deyil ki, bunu səbəb kimi göstərim. Düzdür, ötən illə müqayisədə, komandamızı bir sıra futbolçular tərk etdi. Xüsusən də Sezar Meza Kollini qeyd edərdim. O, komandanın bəlkə də 40 faizlik işini tək görürdü. Qalsaydı, yəqin ki, indi tam fərqli oynayardıq. Hücuma çıxmaqda, oyun qurmaqda çətinlik çəkirik”.

Alxasov baş məşqçinin istefasının qəbul edilməməsinin doğru qərar olduğunu bildirib: “Bircə çıxış yolumuz var – toparlanmalıyıq. Sonucu pilləyə necə düşmüşüksə, elə də çıxmalıyıq. Problemlərə rəğmən, baş məşqçimiz bizi dəstəkləyir. Onun qalması yaxşı oldu. Çempionatın bitməsinə cəmi 5 tur qalıb. Belə bir həssas məqamda baş məşqçi dəyişkiliyinin çıxış yolu olduğunu zənn etmirəm. Tərlan müəllim yaxşı mütəxəssisdir. Düşünürəm ki, “Sumqayıt”a məğlubiyyətdən sonra məyus olduğu üçün getmək istədiyini deyib. Əl-ələ verib, vəziyyəti dəyişməliyik. Bu baxımdan həftəsonu “Qəbələ” ilə oyun bizim üçün böyük önəm daşıyır”.

Kamran Ağayevin yoxluğunda komandasını meydana kapitan kimi çıxaran müdafiəçinin fikrincə, sonuncu pillədən qurtulmaq “Keşlə” üçün qəliz tapşırıq deyil: “6-cı sıradakı “Zirə”dən 3 xal, 7-ci yerdəki “Sumqayıt”dan cəmi 1 xal geridə qalırıq. Hazırda sonuncu olduğumuzu göz önünə alıb özümüzü təşvişə salmamalıyıq. Növbəti tur biz qalib gəlsək, üst pillərdəki rəqiblər uduzsa, mövqeyimiz dəyişir. İrəlidə 5 tur qalıb, bu da potensial 15 xal deməkdir. Bunun yarısını toplasaq, çempionatı son sırada bitirməyəcəyimizi təxmin edirəm”.

Qeyd edək ki, apelin 14-də “ASK Arena”da keçiriləcək “Keşlə” – “Qəbələ” oyunu saat 15:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi