"Keşlə"nin bir neçə futbolçusu koronavirusdan sağaldı

"Keşlə"nin bir neçə futbolçusu koronavirusdan sağaldı "Keşlə" klubunda koronavirusa yoluxmuş bir neçə futbolçu sağalıb.
Futbol
12 Dekabr , 2020 13:24
Keşlənin bir neçə futbolçusu koronavirusdan sağaldı

"Keşlə" klubunda koronavirusa yoluxmuş bir neçə futbolçu sağalıb.

"Report"un məlumatına görə, Rafael Məhərrəmli, Xəzər Mahmudov, Rail Məlikov, Rəşad Sadiqov, Stanislav Namaşko və Tural Axundovun son testləri neqativ çıxıb.

Patyaxt təmsilçisində Miyusko Boyoviç xəstəxanada müalicəsini davam etdirir. Bundan əlavə Con Kamara və Turan Vəlizadə aktiv koronavirus xəstələridir.

Qeyd edək ki, daha əvvəl "Keşlə"də Rəhman Hacıyev, Şəhriyar Əliyev və Vüsal İsgəndərli koronavirusdan sağalıb. Komanda Azərbaycan Premyer Liqasının XII turunda dekabrın 20-də "Səbail"i qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi