"Keşlə"nin baş məşqçisinə sarı vərəqə göstərilib

"Keşlə"nin baş məşqçisinə sarı vərəqə göstərilib Keşlənin baş məşqçisi Tərlan Əhmədov Qəbələ ilə keçirdikləri Azərbaycan Premyer Liqasının IX tur matçı zamanı dördüncü hakim Etibar Həsənova sərt etiraz edib.
Futbol
26 Oktyabr , 2019 17:51
Keşlənin baş məşqçisinə sarı vərəqə göstərilib

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov "Qəbələ" ilə keçirdikləri Azərbaycan Premyer Liqasının IX tur matçı zamanı dördüncü hakim Etibar Həsənova sərt etiraz edib.

"Report"un məlumatına görə, buna gənc hakimin 48 yaşlı mütəxəssisə texniki zonadan kənara çıxdığını irad tutması səbəb olub. 

Əhmədov isə əsəbi halda "Dünən gəlmisiz, bəsdir də" formasında cavab verib. Daha sonra o, əlindəki su qabını yerə çırpıb.

Əhmədov yenə texniki zona qaydalarını pozduğu üçün 80-ci dəqiqədə baş hakim Rauf Cabbarov tərəfindən sarı vərəqə alıb.

Qeyd edək ki, hazırda "Keşlə" öndədir - 2:1.

Son xəbərlər

Orphus sistemi