"Keşlə"nin baş məşqçisi: “Uzun fasilədən sonra ilk oyun çətin olur”

"Keşlə"nin baş məşqçisi: “Uzun fasilədən sonra ilk oyun çətin olur” Bilirdik ki, uzun fasilədən sonra ilk oyun çətin olur. Buna baxmayaraq, futbolçularımın oyunundan, əzmkarlığından razı qaldım.
Futbol
2 Fevral , 2020 18:57
Keşlənin baş məşqçisi: “Uzun fasilədən sonra ilk oyun çətin olur”

"Bilirdik ki, uzun fasilədən sonra ilk oyun çətin olur. Buna baxmayaraq, futbolçularımın oyunundan, əzmkarlığından razı qaldım".

"Report"un məlumatına görə, bunları "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov səfərdə "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı zamanı zədələnmiş Ruslan Qurbanovun oynamamasını komandası üçün böyük itki sayıb.

"Lakin bu gün mütləq qələbə qazanmaq istəyirdik. "Qəbələ" komandasına isə gözəl oyuna görə təşəkkür edirəm", - deyə Əhmədov fikirlərini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi