“Keşlə”nin baş məşqçisi: "Üçüncü qoldan sonra komandanın oyunu alınmadı"

“Keşlə”nin baş məşqçisi: "Üçüncü qoldan sonra komandanın oyunu alınmadı" “Keşlə”nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 8-ci turunda “Qarabağ”a 1:6 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.
Futbol
1403
1 Noyabr , 2020 18:26
“Keşlə”nin baş məşqçisi: Üçüncü qoldan sonra komandanın oyunu alınmadı
Yunis Hüseynov

“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 8-ci turunda “Qarabağ”a 1:6 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.

"Report" xəbər verir ki, 55 yaşlı mütəxəssis bunları söyləyib: "Oyun haqqında danışılası bir şey yoxdur. İlk qol matçın qırılma nöqtəsi idi. 3-cü qoldan sonra da komandanın oyunu alınmadı. 1:6 hesabıyla uduzan komanda barədə deyiləsi nəsə yoxdur".

Təcrübəli baş məşqçi daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- 6 rəqəminə nifrət etməyə başlamısız?

- Futboldur, hesab 0:10 da olur, 0:8 də. Qarşıdakı oyunlara hazırlaşmalıyıq. Bir oyunla heç nə bitmir.

- Çatışmazlıqlar nədən ibarət idi?

- İkinci qoldan sonra komanda dağınıq futbol oynadı. Erkən qol hər bir komandaya pis təsir edir. Təhlükəli vəziyyət də deyildi, düzdür, qapıçını da qınamaq düzgün olmaz.

İkinci qol da səhvdən oldu və komandada ruh düşkünlüyü yarandı. Səhvlərdən nəticə çıxarmaq lazımdır. Hər komandada belə məğlubiyyətlər olur.

Son xəbərlər

Orphus sistemi