"Keşlə"nin baş məşqçisi "Qəbələ" ilə heç-heçədən razı qalıb

"Keşlə"nin baş məşqçisi "Qəbələ" ilə heç-heçədən razı qalıb Bakı. 13 mart. REPORT.AZ/ “Qəbələ” güclü komandadır. Ustalıq səviyyəsinə görə bu komandadan geri qalırıq. Bizim komanda hələ yeni formalaşıb. Bizdə istək çox idi. İstək sayəsində də bu oyundan xalla ayrıldıq. 
Futbol
13 Mart , 2018 18:00
Keşlənin baş məşqçisi Qəbələ ilə heç-heçədən razı qalıb

Bakı. 13 mart. REPORT.AZ/ “Qəbələ” güclü komandadır. Ustalıq səviyyəsinə görə bu komandadan geri qalırıq. Bizim komanda hələ yeni formalaşıb. Bizdə istək çox idi. İstək sayəsində də bu oyundan xalla ayrıldıq". 

"Report"un məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Yuri Maksimov evdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XX tur matçından sonra mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis nəticəni qənaətbəxş saydığını bildirib: "Bu gün bizim komanda sondan ikinci yerdədir. Həm də son iki oyunda son dəqiqədə qapımızda qol görmüşdük. Bunun təkrarlanmasını istəməzdim. Buna görə, heç-heçəni məqbul nəticə hesab edirəm". 

Maksimov rəqib həmkarı Roman Qriqorçukun hakimlikdən narazılığına belə reaksiya verib: "Bəzən olur ki, nəticə qarşı tərəfin narazılığına səbəb olur. Bizim ziyanımıza hər hansı qərar verilməyibsə, hakimlik barədə nə isə fikir bildirə bilmərəm. Qriqorçukla Ukraynada da görüşmüşük. Aramızda prinsipiallıq yoxdur. Fərq odur ki, indi başqa çempionatda üz-üzə gəlirik".

Son xəbərlər

Orphus sistemi