"Keşlə"nin baş məşqçisi: "Oyun hesabla üst-üstə düşmədi"

"Keşlə"nin baş məşqçisi: "Oyun hesabla üst-üstə düşmədi" Ramiz Məmmədov: "Maksimum nəticəni qazanmağa çalışacağıq"
Futbol
4 Noyabr , 2017 20:46
Keşlənin baş məşqçisi: Oyun hesabla üst-üstə düşmədi

Bakı. 4 noyabr. REPORT.AZ/ "Sumqayıt"ı təbrik edirəm. Lakin oyun hesabla üst-üstə düşmədi. Bu məğlubiyyət məni çox narahat edir.

Futbolçular böyük əzmkarlıq göstərdilər. Komandamdan razı qalsam da, hesabdan razı qalmadım".

"Report"un məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Ramiz Məmmədov səfərdə "Sumqayıt"a 1:3 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra Məmmədov jurnalistlərin suallarını cavablandırıb...

- "Keşlə"dəki problemlər nədən ibarətdir?

- "Sehrli çubuğum yoxdur" kimi şablon sözləri çox işlədirik. Lakin bura gəldiyim ilk gündən bütün gücümüzü ortaya qoymuşuq ki, sehrli çubuqdan istifadə etməyək, özünəinamı geri qaytaraq. Futbolçularımız güclərini bir az da artırsalar, qısa müddətdə dönüş edə bilərik.

- Qışda neçə transfer etməyi düşünürsünüz?

- Hazırda fikrimiz qalan 3 oyuna yönəlib. Buna vaxt tapıb danışıqlar aparmaq olar.

- Qalan 3 oyunda hədəf nədir?

- Bu qarşımda hökmlə xal qazan məqsədi qoymayıblar. Maksimum nəticəni qazanmağa çalışacağıq. Gücümüz də var. Futbolçularda özünəinamı, fiziki durumu və ustalıq səviyyəsini qaytarmaq lazımdır.

Son xəbərlər

Orphus sistemi