"Keşlə"nin baş məşqçisi: "Neçənci dəfədir ki, hesabı qoruya bilmirik"

"Keşlə"nin baş məşqçisi: "Neçənci dəfədir ki, hesabı qoruya bilmirik" "Bu da psixoloji məqamdır"
Futbol
2 Mart , 2021 18:10
Keşlənin baş məşqçisi: Neçənci dəfədir ki, hesabı qoruya bilmirik
Sənan Qurbanov

"Gözlədiyimiz kimi gərgin oyun alındı. Hər iki komandaya qələbə lazım idi. Futbolçular mübarizə aparırdı. İşimizə güvənməli və inanmalıyıq. Futbolçular meydanda yaxşı mübarizə aparır".

"Report"un məlumatına görə, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Premyer Liqanın XVIII turunda səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis ardıcıl 3 matçda öndə olmalarına baxmayaraq, üstünlüklərini qoruya bilməmələrinə münasibət bildirib: "Biz qol vurduqdan sonra da fərqlənməyə çalışırıq. Ardıcıl neçənci dəfədir ki, hesabı qoruya bilmirik. Bu da psixoloji məqamdır"

Qurbanov moldovalı futbolçu Yevgeni Koçukun qızdırması olduğu üçün görüşdə iştirak etmədiyini vurğulayıb. Baş məşqçi bunun koronavirusla əlaqəli olmadığını diqqətə çatdırıb: "Bu, sadəcə dədə-baba qızdırmasıdır".

Son xəbərlər

Orphus sistemi