"Keşlə"nin baş məşqçisi: "Komanda 180 dərəcə dəyişməlidir"

"Keşlə"nin baş məşqçisi: "Komanda 180 dərəcə dəyişməlidir" "Oyundan gözləntim çox idi"
Futbol
116
21 Aprel , 2021 20:41
Keşlənin baş məşqçisi: Komanda 180 dərəcə dəyişməlidir
Sənan Qurbanov

"Oyundan gözləntim çox idi. Amma əksini gördüm. Bərbad oynamağımız mənə təsir etdi".

"Report"un məlumatına görə, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov evdə "Zirə"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, kubok matçlarında səhv etmək olmaz: "Hələ heç nə bitməyib. Rəqib meydanında qələbə qazana bilərik. Komanda 180 dərəcə dəyişməlidir. Bu qarşılaşma bizi düşünməyə vadar edir. Artıq çempionatda "Səbail"lə matça hazırlaşacağıq".

Baş məşqçi rəqibin sayılmayan qolu barədə də danışıb: "Bunu mübahisə etmək olar. 1:2 hesabı ilə məğlub olmuşuq, səfərdə rəqibi bu hesabla üstələyə bilərik. Ən qısa zamanda komandaya müdaxilə etməliyəm. Yaxşı hücumçular var, qol vurmalıdırlar. Sabahdan işə növbəti matçın hazırlığına başlamalıyıq. Əlimizi aşağı salıb dayanmamalıyıq".

Çempionatda da qalib gələ bilmədiklərini xatırladan Qurbanov oyunçular tərəfindən özünə qarşı hər hansı kampaniya olduğunu düşünmədiyini söyləyib: "Görünən odur ki, futbolçular çempionatdan sonra bərpa ola bilmədilər".

Son xəbərlər

Orphus sistemi