"Keşlə"nin baş məşqçisi: "İtiriləsi heç nəyimiz yoxdur"

"Keşlə"nin baş məşqçisi: "İtiriləsi heç nəyimiz yoxdur" "Oyunun çətin olacağını başa düşürdük. "Sumqayıt" da qələbə qazanmaq istəyirdi. Bunun üçün də aqressivləşmişdi. İlk hissədə pis oynamadıq və qol vurduq. Amma ikinci yarıda öz səhvimizdən top buraxdıq. Qarşıda fasilə var. Bundan yararlanmağa çalışacağıq".
Futbol
154
18 Mart , 2022 19:07
Keşlənin baş məşqçisi: İtiriləsi heç nəyimiz yoxdur

"Oyunun çətin olacağını başa düşürdük. "Sumqayıt" da qələbə qazanmaq istəyirdi. Bunun üçün də aqressivləşmişdi. İlk hissədə pis oynamadıq və qol vurduq. Amma ikinci yarıda öz səhvimizdən top buraxdıq. Qarşıda fasilə var. Bundan yararlanmağa çalışacağıq".

"Report"un məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdiyi Premyer Liqanın XX tur oyunundan sonra deyib.

42 yaşlı mütəxəssis bildirib ki, turnir cədvəlində istədikləri yerdə deyillər: "Hər oyuna final matçı kimi çıxacağıq. İtiriləsi heç nəyimiz yoxdur. Fasilədə oyunları analiz edib, səhvlərimizi aradan qaldırmağa çalışacağıq".

Komandanın Şamaxıya köçməsinin təxirə düşməsinə də toxunan Qurbanov rəhbərliyin qərarını gözlədiklərini vurğulayıb: "Klub Şamaxıya gedəcəyi ilə bağlı açıqlama yaymayıb. Biz də bununla bağlı yekun qərarı gözləyirik".

Son xəbərlər

Orphus sistemi