"Keşlə"nin baş məşqçisi: "Əsas günahkar mənəm"

"Keşlə"nin baş məşqçisi: "Əsas günahkar mənəm" "Ciddi rəqiblə qarşılaşırdıq. İlk oyunda da məğlub olmuşduq. Evdə bəzi risklər etməli idik. Uşaq vuruşdular, döyüşdülər. Çalışdılar ki, qələbə qazansınlar. Amma rəqibin müdafiəsində çox yaxşı futbolçular var Onlar imkan vermirdilər ki, istədiyimizi edək".
Futbol
700
29 İyul , 2021 23:27
Keşlənin baş məşqçisi: Əsas günahkar mənəm
Sənan Qurbanov

"Ciddi rəqiblə qarşılaşırdıq. İlk oyunda da məğlub olmuşduq. Evdə bəzi risklər etməli idik. Uşaq vuruşdular, döyüşdülər. Çalışdılar ki, qələbə qazansınlar. Amma rəqibin müdafiəsində çox yaxşı futbolçular var Onlar imkan vermirdilər ki, istədiyimizi edək".

"Report"un məlumatına görə, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Bakıda Rusiyanın "Soçi" klubuna 2:4 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, rəqibin 3 mərkəz müdafiəçisi hücumların qarşısını rahatlıqla alıb: "Buna baxmayaraq qol vurmağı bacardıq. Amma üzücü məqam burasındadır ki 4 top buraxdıq. Bu da risk etməyimizin bəhrəsi idi. Əvəzetmələrdə də riskə yol verdik. Qol vurmaq istədiyimiz üçün hücumameyilli futbolçuları meydana buraxdıq. Deməzdim ki, bu, bizdə uğurlu alındı, amma etməli idik. Qələbə qazanmaq istəyirdik, başqa fikrimiz yox idi. 2:2 hesabını qormaq olardı, amma qalib gəlmək istəyirdik. Oyunçularım əllərindən gələni etdilər. Vuruşdular, çalışdılar. Rəqib çox güclü idi. Artıq bu oyun geridə qaldı. İndi gələcəyə baxmaq lazımdır".

Qurbanov futbolçulara verdiyi tapşırıqlar haqqında danışıb: "Onlara tapşırmışdım ki, cinah və uzun ötürmələr zamanı diqqətli olsunlar. Amma nədən qorxurduqsa, o da başımıza gəldi. Analizlər zamanı qeyd etdiyimiz bütün epizodları rəqib bizə tətbiq etdi. Amma biz komanda şəklində həm müdafiə olunmaq, həm də hücum qurmaq istəyirik. Yenə deyirəm ki, bizi müzakirə etdiyimiz epizodlarla məyus etdilər.

Baş məşqçi məğlubiyyəti tək müdafiəçilərə bağlamaq istəmədiyini əlavə edib: "Hamının səhvi oldu. Əsas günahkar isə mənəm. Müəyyən büdcə ayrılmışdı. Komandanı çox futbolçular tərk etdi. Hücum xəttində çox boşluqlar var idi. Biz də bacardığımız qədər buranı gücləndirdik. Transfer pəncərəsi zamanı bacardığımızı etdik. Amma müdafiə xəttinə oyunçular ala bilmədik. Sadəcə öz futbolçularımızın müqavilələrini yenilədik. Tək müdafiəçilərə görə yox, komanda olaraq uduzduq. Komanda məğlub olursa, günahkar məşqçidir. Bütün məsuliyyəti öz üzərimə götürürəm. Komandanı hazırlayan şəxs mənəm.

Gələcəyə baxmaq lazımdır. Bu, bizim üçün təcrübə idi. Oyundan qabaq da "Soçi" favorit görsənirdi. Onlar Rusiya Premyer Liqasında mükafatçılar sırasına düşüblər. Biz də bu dönəm üçün bacardığımız qədər hazırlıq keçə bildik. Təlim-məşq toplanışını Bakıda keçirdik. Bəlkə də az yoldaşlıq görüşü keçirməyimiz bizə problem yaratdı. Futbolçularımı buna görə günahlandırmaq istəmirəm. Əlimizdən gələni etdik. Amma yenə də məğlubiyyətə görə bütün məsuliyyət mənimdir".

Son xəbərlər

Orphus sistemi