"Keşlə"nin baş məşqçisi: "Bizə yaraşmayan qollar buraxdıq"

"Keşlə"nin baş məşqçisi: "Bizə yaraşmayan qollar buraxdıq" "Öz meydanımızda məğlub olmaq istəməzdik. Çox bəsit qollar buraxdıq. Rəqibi analiz etmişdik. Təhlükəli hücumçularının olduğunu bilirdik. Qapımızda bizə yaraşmayan qollar gördük".
Futbol
24 Oktyabr , 2021 18:15
Keşlənin baş məşqçisi: Bizə yaraşmayan qollar buraxdıq
Sənan Qurbanov

"Öz meydanımızda məğlub olmaq istəməzdik. Çox bəsit qollar buraxdıq. Rəqibi analiz etmişdik. Təhlükəli hücumçularının olduğunu bilirdik. Qapımızda bizə yaraşmayan qollar gördük".

"Report"un məlumatına görə, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov "Qəbələ"yə evdə 2:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VIII tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis ikinci hissədə rəqib 10 nəfərlə qaldıqdan sonra qol şanslarından yararlana bilmədiklərini söyləyib: "Bu görüşü analiz edib, "Zirə" ilə matça hazır olmalıyıq".

Qurbanov qapıçı Stanislav Namaşkonun aşağı səviyyədə çıxış etdiyini söyləyib: "3-cü qolu buraxacağını, elə səhv edəcəyini gözləmirdik. Hər şey ola bilər. Bütün mövqelərdə rəqabətin olmasını istəyərik. Gərək qapıçı özünü toparlasın. Kamal Bayramov da təcrübəli qolkiperdir. Növbəti görüşlərdə onu meydanda görə bilərik".

Son xəbərlər

Orphus sistemi