"Keşlə" Nigeriya və Anqoladan olan hücumçuları sınaqdan keçirəcək

"Keşlə" Nigeriya və Anqoladan olan hücumçuları sınaqdan keçirəcək Premyer Liqada çıxış edən “Keşlə” komandasının baş məşqçisi Tərlan Əhmədov bu gün Küveytin “Əl-Fehahil” komandası ilə yoxlama matçında baxışda olan iki legioner futbolçunu sınaqdan keçirəcək.
Futbol
28 Avqust , 2019 11:59
Keşlə Nigeriya və Anqoladan olan hücumçuları sınaqdan keçirəcək

Premyer Liqada çıxış edən “Keşlə” komandasının baş məşqçisi Tərlan Əhmədov bu gün Küveytin “Əl-Fehahil” komandası ilə yoxlama matçında baxışda olan iki legioner futbolçunu sınaqdan keçirəcək.

“Report” xəbər verir ki, onlardan biri Patrik Fraydey Ezedir. 26 yaşlı nigeriyalı forvardın son iş yeri Polşanın “Rakuv” klubu olub. Digər oyunçu isə Aleşandre Kriştovandır. 26 yaşlı anqolalı hücumçu son olaraq Rumıniya “Dinamo” (Buxarest) komandasında çıxış edib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionun köməkçi meydançasında keçiriləcək matç saat 17:00-da başlayacaq.

Orphus sistemi