Vüsal İsgəndərlinin "Keşlə"dəki taleyinə aydınlıq gəldi - YENİLƏNİB

Vüsal İsgəndərlinin "Keşlə"dəki taleyinə aydınlıq gəldi - YENİLƏNİB Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin Keşlədəki taleyinə aydınlıq gəlib.
Futbol
22 iyun 2020 11:53
Vüsal İsgəndərlinin Keşlədəki taleyinə aydınlıq gəldi - YENİLƏNİB

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin "Keşlə"dəki taleyinə aydınlıq gəlib.

Bu barədə "Report"a 25 yaşlı yarımmüdafiəçinin özü məlumat verib. O, paytaxt təmsilçisində qalacağını vurğulayıb.


*** 15:15

"Keşlə" daha bir futbolçusu ilə yollarını ayıra bilər. 

"Report"un məlumatına görə, Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin paytaxt təmsilçisindəki durumu qeyri-müəyyəndir. 

Klub rəhbərliyi ilə 25 yaşlı yarımmüdafiəçinin ilk görüşü müsbət yekunlaşmayıb. Tərəflər madiyyət məsələsində razılığa gələ bilməyiblər. Halbuki "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov İsgəndərlini heyətində görmək istəyir. 

Yarımmüdafiəçinin klubdakı taleyinə 1-2 gün ərzində aydınlıq gələcək. 

Qeyd edək ki, "Keşlə" daha öncə kapitanı Slavik Alxasov, hücumçu Ruslan Qurbanov və müdafiəçi Cabir Əmirli ilə vidalaşıb. Vüsal İsgəndərli 2019/2020 mövsümünün əvvəlindən "Keşlə"də çıxış edir. 

Son xəbərlər

Orphus sistemi