"Keşlə" klubunun şikayəti təmin edilməyib

"Keşlə" klubunun şikayəti təmin edilməyib 1. “Keşlə” Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.
Futbol
213
1 Sentyabr , 2021 14:57
Keşlə klubunun şikayəti təmin edilməyib

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlanıb.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "Keşlə" klubunun apellyasiya şikayəti təmin edilməyib.

AFFA İntizam Komitəsinin paytaxt təmsilçisi və komandanın müdafiəçisi Şəhriyar Əliyev barədə verdiyi qərar qüvvədə saxlanılıb.

Qərarın tam forması 30 gün ərzində hazırlanaraq tərəflərə göndərilməlidir.

Qeyd edək ki, Əliyev səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın II tur matçının 90+5-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalandırıb, klubu isə 3 200 manat məbləğində cərimələnib.

Son xəbərlər

Orphus sistemi