"Keşlə" klubuna ölkə kuboku təqdim olundu

"Keşlə" klubuna ölkə kuboku təqdim olundu Paytaxt klubuna kuboku AFFA-nın prezidenti Rövnəq Abdullayev təqdim edib
Futbol
119
24 May , 2021 21:59
Keşlə klubuna ölkə kuboku təqdim olundu

Futbol üzrə Azərbaycan Kubokunun qalibi və finalçısı mükafatlandırılıb.

"Report"un məlumatına görə, "Bank Respublika Arena"dakı tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev iştirak edib.

Əvvəlcə finalda məğlub olan "Sumqayıt" klubunun üzvlərinə gümüş medallar verilib. Ardınca isə ölkə kubokunun qalibi "Keşlə" qızıl medallarını alıb.

Paytaxt təmsilçisinin kapitanı Tərlan Quliyevə kuboku AFFA-nın prezidenti Rövnəq Abdullayev təqdim edib.

Qeyd edək ki, "Keşlə" finalda "Sumqayıt"ı məğlubiyyətə uğradıb - 2:1.

Fotolar: Ehtiram Cəbi

Son xəbərlər

Orphus sistemi