"Keşlə" klubu afrikalı yarımmüdafiəçiyə təklif göndərdi

"Keşlə" klubu afrikalı yarımmüdafiəçiyə təklif göndərdi Azərbaycan Kubokunun son qalibi "Keşlə" Şimali Makedoniyanın "Şkupi" klubunun futbolçusu Omar Qudiabiyə təklif göndərib.
Futbol
7 İyun , 2021 12:56
Keşlə klubu afrikalı yarımmüdafiəçiyə təklif göndərdi
Omar Qudiabi

Azərbaycan Kubokunun son qalibi "Keşlə" Şimali Makedoniyanın "Şkupi" klubunun futbolçusu Omar Qudiabiyə təklif göndərib.

Bu barədə "Report"a açıqlamasında komandanın baş məşqçisi Sənan Qurbanov məlumat verib. 41 yaşlı mütəxəssis seneqallı vingerdən cavab gözlədiklərini bildirib.

Qeyd edək ki, 26 yaşlı hücumameylli oyunçu ötən mövsümü icarə əsasında Şimali Makedoniyanın digər klubu olan "Pelister"də keçirib.

"Şkupi" geridə qalan mövsümdə UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi"nin rəqibi olub. Bakıda baş tutmuş matçda flaqmana 1:2 hesabı ilə uduzan Skopye təmsilçisi mübarizəni erkən dayandırıb.

Son xəbərlər

Orphus sistemi