"Keşlə" Kamerun millisinin sabiq futbolçusu ilə müqavilə imzaladı

"Keşlə" Kamerun millisinin sabiq futbolçusu ilə müqavilə imzaladı Mövsümün ikinci yarısına hazırlaşan “Keşlə” kamerunlu futbolçu Anatole Abanqı heyətinə qatıb.
Futbol
26 dekabr 2020 13:48
Keşlə Kamerun millisinin sabiq futbolçusu ilə müqavilə imzaladı
Anatole Abanq

Mövsümün ikinci yarısına hazırlaşan “Keşlə” kamerunlu futbolçu Anatole Abanqı heyətinə qatıb.

"Report" xəbər verir ki, 24 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Son olaraq Moldovanın “Şerif” klubunda oynayan Abanq buna qədər Çinin “Nantoq”, ABŞ-ın “Nyu York Red Bulls”, Rumınıyanın “Astra”, Finlandiyanın SJK, Danimarkanın “Hobro” və Kamerunun “Reynbou” klublarında çıxış edib.

Həmçinin, Kamerun millisinin heyətində 6 matç keçirən forvardın aktivində 1 qol və 1 məhsuldar ötürmə var.

Son xəbərlər

Orphus sistemi