"Keşlə" ilk yoxlama oyununda qələbə qazanıb

"Keşlə" ilk yoxlama oyununda qələbə qazanıb Keşlə futbol komandası qış fasiləsində ilk yoxlama oyununu keçirib.
Futbol
10 Yanvar , 2020 19:09
Keşlə ilk yoxlama oyununda qələbə qazanıb

"Keşlə" futbol komandası qış fasiləsində ilk yoxlama oyununu keçirib. 

"Report"un məlumatına görə, Tərlan Əhmədovun baş məşqçi olduğu kollektiv I Divizion təmsilçisi “Qaradağ Lökbatan”la üz-üzə gəlib. “ASK Arena”-nın əsas meydançasında təşkil olunan qarşılaşma "Keşlə"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində Vüsal İsgəndərli, Ruslan Qurbanov və Ruslan Əmircanov fərqləniblər. 

 “Keşlə” hazırlığın ikinci mərhələsi çərçivəsində yanvarın 12-də Türkiyənin Antalya şəhərinə yollanacaq. Komanda Yanvarın 17-də Almaniyanın III Liqa təmsilçisi "Tsvikkau" ilə qarşılaşacaq. Paytaxt təmsilçisi 5 gün sonra Rusiyanın "Arsenal" (Tula), yanvarın 24-də Slovakiyanın "Zemplin" komandası ilə üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi