Qış fasiləsində "Keşlə"ni tərk edəcək futbolçuların adları bəlli olub.
"Report"un məlumatına görə, paytaxt təmsilçisi 3 futbolçu ilə yollarını ayıracaq.
Bunlar hücumçu Anatol Abanq, yarımmüdafiəçilər Con Kamara və Nicat Qurbanovdur.
Qeyd edək ki, "Keşlə" hazırda 13 xalla 7-ci pillədə qərarlaşıb.