"Keşlə"də virusa yoluxmuş daha bir futbolçunun adı bilindi

"Keşlə"də virusa yoluxmuş daha bir futbolçunun adı bilindi "Keşlə"də koronavirusa yoluxmuş daha bir futbolçunun adına aydınlıq gəlib.
Futbol
4 Dekabr , 2020 19:17
Keşlədə virusa yoluxmuş daha bir futbolçunun adı bilindi

"Keşlə"də koronavirusa yoluxmuş daha bir futbolçunun adına aydınlıq gəlib.

"Report"un məlumatına görə, komandanın gənc hücumçusu Xəzər Mahmudovun testi də müsbət nəticə verib.

Bununla da heyətdə infeksiya aşkarlanmış oyunçuların sayı 10-a çatıb. Bunlardan 7-si - Rafael Məhərrəmli, Xəzər Mahmudov, Rail Məlikov, Rəşad Sadiqov, Stanislav Namaşko, Tural Axundov və Miyusko Boyoviç aktiv koronavirus xəstələridir.

Rəhman Hacıyev, Şəhriyar Əliyev və Vüsal İsgəndərli isə müalicə alaraq sağalıblar.

Son xəbərlər

Orphus sistemi