“Keşlə” daha iki futbolçu ilə müqavilə bağlayacaq.
Bu barədə “Report”a klubun meneceri Eldəniz Yusifov məlumat verib.
O bildirib ki, artıq bir müddətdir “Keşlə”nin düşərgəsində yer alan İlkin Qırtımov və AZAL-ın sabiq qapıçısı Stanislav Namaşko ilə münasibətləri rəsmiləşdirəcəklər.
Hər iki futbolçu ilə 1+1 illik sözləşməyə qol çəkəcək. Namaşko 2014-2016-cı illərdə AZAL-ın formasını geyinib. Moldova yığmasının sabiq qolkiperinin son iş yeri Monteneqronun “Zeta” klubu olub.
Baxışda olan 5 iranlı futbolçu isə bəyənilməyərək yola salınıb.
Qeyd edək ki, “Keşlə” yay fasiləsində Rəşad Əzizli (“Sumqayıt”), Ruslan Qurbanov (“Səbail”), Franko Flores (“Alki”, Kipr) və Ziya Əzizovu (“Neymegen”, Hollandiya) heyətinə qatıb.