"Keşlə" braziliyalı vingerlə anlaşdı, Utriqdən cavab gözləyir

"Keşlə" braziliyalı vingerlə anlaşdı, Utriqdən cavab gözləyir Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Keşlə" heyətini daha 2 futbolçu ilə gücləndirə bilər.
Futbol
321
17 İyun , 2021 13:50
Keşlə braziliyalı vingerlə anlaşdı, Utriqdən cavab gözləyir

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Keşlə" heyətini daha 2 futbolçu ilə gücləndirə bilər.

Bu barədə "Report"a komandanın baş məşqçisi Sənan Qurbanov məlumat verib.

Onun sözlərinə görə, ötən mövsümün sonunda "Qəbələ" ilə müqaviləsi başa çatan Rafael Utriq və Sloveniyanın "Maribor" klubundan ayrılan Felipe Santosa təklif göndərilib: "Utriq hələ bizə cavab verməyib. Santosla isə artıq razılıq əldə olunub. Amma futbolçu müqaviləyə imza atmamış hər an şey baş verə bilər".

Utriq ötən ilin sentyabrında "Qəbələ"də keçib. Santos isə 2018-ci ildən "Maribor"un formasını geyinirdi. O, bu müddət ərzində meydana çıxdığı 47 oyunda 4 qol vurub. 24 yaşlı hücumameylli yarımmüdafiəçi daha əvvəl ölkəsinin "Palmeyras" və Sloveniyanın "Ankaran" komandalarında da oynayıb. Hər iki futbolçu ilə bağlı məsələyə yaxın günlərdə tam aydınlıq gələcək.

Qeyd edək ki, "Keşlə" Konfrans Liqasının II təsnifat mərhələsində Rusiyanın "Soçi" klubu ilə qarşılaşacaq. Paytaxt təmsilçisi ilk oyununu iyulun 22-də səfərdə keçirəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.

Son xəbərlər

Orphus sistemi