"Keşlə" Avropa Liqasında mübarizəni dayandırdı

"Keşlə" Avropa Liqasında mübarizəni dayandırdı "Keşlə" komandası UEFA Avropa Liqasında ilk oyununu keçirib.
Futbol
691
27 Avqust , 2020 23:44
Keşlə Avropa Liqasında mübarizəni dayandırdı

"Keşlə" komandası UEFA Avropa Liqasında ilk oyununu keçirib.

"Report"un məlumatına görə, paytaxt təmsilçisi "ASK Arena"da Albaniya "Laçi"sini qəbul edib.

I təsnifat mərhələsinin görüşündə əsas və əlavə vaxt qolsuz başa çatıb.

72-ci dəqiqədə qonaqlar meydanda azlıqda qalıblar. Lukas Ramos de Oliveyra qırmızı vərəqə alaraq meydandan qovulub. İkinci yarıda da hesab dəyişmədiyindən əlavə vaxt oynanılıb.

112-ci dəqiqədə bu dəfə "Keşlə"nin heyətində Şəhriyar Əliyev ikinci sarı vərəqədən meydanı tərk edib.

Əlavə vaxtda da qapılara qol vurulmayıb və qalibi penaltilər seriyası müəyyənləşdirib. Burada daha dəqiq oynayan "Laçi" adını növbəti mərhələyə yazdırıb - 4:5. "Keşlə"dən penaltini yalnız İlkin Qırtımov dəqiq yerinə yetirə bilməyib. 

Beləliklə, Azərbaycanın Avropa Liqasındakı təmsilçilərindən "Neftçi" mərhələ adladığı halda, "Keşlə" və "Sumqayıt" yarışla erkən vidalaşıb. Daha əvvəl "Qarabağ" Çempionlar Liqasında III təsnifat mərhələsinə yüksəlib.  

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. Bu raundun püşkü avqustun 31-də atılacaq. 

Son xəbərlər

Orphus sistemi