"Keşlə" yoxlama oyununda Qazaxıstan komandasına məğlub olub

"Keşlə" yoxlama oyununda Qazaxıstan komandasına məğlub olub Bakı. 23 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Keşlə” komandası bu gün üçüncü yoxlama matçını keçirib.
Futbol
834
23 Yanvar , 2019 19:02
Keşlə yoxlama oyununda Qazaxıstan komandasına məğlub olub

Bakı. 23 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Keşlə” komandası bu gün üçüncü yoxlama matçını keçirib.

"Report"un məlumatına görə, rəqib Qazaxıstan "Atırau"su olub. “Starlight Resort Hotel”in futbol meydanında təşkil olunmuş qarşılaşma "Keşlə"nin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. İlk yarıda tərəflər hərəyə 1 dəfə fərqlənsələr də, fasilədən sonra Qazaxıstan təmsilçisi daha 2 qol vurub.

"Atırau" Qazaxıstan Premyer Liqasını 33 oyundan 36 xalla 9-cu pillədə başa vurub.

Əvvəlki yoxlama oyunlarında Özbəkistanın U-23 yığması ilə qolsuz heç-heçə edən "Keşlə" Serbiyanın "Dinamo" (Vranye) komandasına uduzub - 0:2.

Son xəbərlər

Orphus sistemi