​Kərim Benzema polis tərəfindən saxlanılıb

​Kərim Benzema polis tərəfindən saxlanılıb Hücumçu fransalı futbolçunu şantaj etməkdə təqsirləndirilir
Futbol
4 Noyabr , 2015 14:28
​Kərim Benzema polis tərəfindən saxlanılıb

Bakı. 4 noyabr. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema polis tərəfindən saxlanılıb. "Report"un "Marca"ya istinadən məlumatına görə, 28 yaşlı hücumçu Fransa millisinin və "Lion"un yarımmüdafiəçisi Matye Valbuenanı şantaj etməkdə təqsirləndirilir.

Madrid klubunun futbolçusu fransalı yarımmüdafiəçini intim videolarını yaymaqla şantaj edib.

Qeyd edək ki, bir müddət əvvəl daha bir  fransalı futbolçu - Cibrill Sisse eyni ittihama görə saxlanılıb və daha sonra sərbəst buraxılıb. 

Son xəbərlər

Orphus sistemi