Benzema Çempionlar Liqasında het-trik edən ən yaşlı futbolçu olub

Benzema Çempionlar Liqasında het-trik edən ən yaşlı futbolçu olub İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema UEFA Çempionlar Liqasında yeni nailiyyətə imza atıb.
Futbol
230
10 Mart , 2022 09:05
Benzema Çempionlar Liqasında het-trik edən ən yaşlı futbolçu olub

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema UEFA Çempionlar Liqasında yeni nailiyyətə imza atıb.

"Report" "OptaJoe" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı hücumçu evdə Fransa PSJ-sinə 3:1 hesabı ilə qalib gəldikləri 1/8 final mərhələsinin cavab oyununda het-trik edib.

Beləliklə, fransalı forvard qitənin bir nömrəli klub turnirində bunu bacaran ən yaşlı oyunçu adına sahib çıxıb. Benzema 34 yaş 80 günündə 3 qol vurmağı bacarıb.

O, hazırda İtaliya "Milan"ında çıxış edən həmyerlisi Olivye Jirunun uğurunu geridə qoyub. Lakin Jiru 2020/2021 mövsümündə İspaniya "Sevilya"sına qarşı qrup mərhələsinin V tur matçında 34 yaş 63 günündə 3 yox, 4 qol vuraraq poker edib.

Qeyd edək ki, Kərim Benzema cari mövsüm "Real Madrid"in heyətində bütün turnirlərdə 33 qarşılaşmaya çıxıb, 30 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi