Kərim Benzema Ronaldunu üstələyib

Kərim Benzema Ronaldunu üstələyib İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzama 2021-ci ildə vurulan qol sayında İngiltərə "Mançester Yunayted"ində çıxış edən Kriştianu Ronaldunu üstələyib
Futbol
23 Dekabr , 2021 09:00
Kərim Benzema Ronaldunu üstələyib
Kərim Benzema

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzama 2021-ci ildə vurulan qol sayında İngiltərə "Mançester Yunayted"ində çıxış edən Kriştianu Ronaldunu üstələyib.

"Report" xəbər verir ki, 34 yaşlı hücumçu buna "Atletik"ə səfərdə 2:1 hesabı ilə qalib gəldikləri La Liqanın XXI tur oyununda nail olub.

"Kral klubu"nun hər iki qoluna imza atan fransalı forvard 2021-ci ildə 47 dəfə fərqlənib. Hazırda Ronaldunun aktivində 46 qol var.

Bu göstəricidə Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovski (69 qol) liderdir. İkinci və üçüncü pillələri hərəyə 49 qolla Fransa PSJ-sinin forvardı Kilian Mbappe və Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Erlinq Holann bölüşür.

Qeyd edək ki, Kərim Benzema cari mövsüm La Liqada 18 matçda meydanda olub, 15 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi