Kərim Benzema adam oğurluğuna cəhddə şübhəli bilinir

Kərim Benzema adam oğurluğuna cəhddə şübhəli bilinir Bakı. 19 oktyabr. REPORT.AZ/ İspaniyanın Real klubunun hücumçusu Kərim Benzema adam oğurluğuna cəhddə iştirak etməkdə şübhəli bilinir.
Futbol
19 Oktyabr , 2018 06:59
Kərim Benzema adam oğurluğuna cəhddə şübhəli bilinir

Bakı. 19 oktyabr. REPORT.AZ/ İspaniyanın "Real" klubunun hücumçusu Kərim Benzema adam oğurluğuna cəhddə iştirak etməkdə şübhəli bilinir.

"Report" "Mediapart.fr" nəşrinə istinadən xəbər verir ki, mənbənin məlumatına görə, 30 yaşlı futbolçunun sabiq agenti Leo D’Souza məhkəməyə müraciət edərək, Benzemanın qohumlarını oktyabrın 8-da onu oğurlamağa cəhddə ittiham edib.

Hadisəyə Kərim və Leo arasında həll olunmamış 50 min avro məbləğində maliyyə məsələsi səbəb ola bilər.

Bildirilir ki, Paris Prokurorluğu sözügedən iş üzrə araşdırmalara başlayıb.

Son xəbərlər

Orphus sistemi